27.01.2026, 14:46
AZ EN
27.01.2026, 12:20 136

“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib

XƏBƏRLƏR
  • AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib.

İnstitutdan bildirilib ki, filologiya elmləri doktoru Cəlal Bəydilinin tərtib etdiyi toplu Azərbaycan xalqının çoxəsrlik müdriklik irsini elmi-prinsipial əsaslarla sistemləşdirən sanballı nəşr kimi təqdim olunub.

Tərtibçinin yazdığı "Övliya sözlərinə bənzər həyat dərsləri" başlıqlı ön sözdə kitabın elmi əsasları şərh edilir, atalar sözlərinin xalq müdrikliyinin yüksək nümunələri olduğu vurğulanır. 

“Azərbaycan türk atalar sözləri” kitabı Azərbaycan paremiologiyası sahəsində yüz ildən artıq müddətdə aparılmış toplama və nəşr fəaliyyətinin əsas nəticələrini ümumiləşdirən, folklorşünaslıq, dilçilik və mədəniyyət tarixi üçün etibarlı elmi mənbə kimi diqqəti cəlb edir. Bu nəşr xalq müdrikliyinin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, milli-mənəvi irsin öyrənilməsinə xidmət edən fundamental elmi töhfə kimi də böyük dəyərə malikdir.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Azərbaycan türk atalar sözləri” kitabının redaktoru AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər