25.04.2025, 03:29
AZ EN
13.06.2023, 16:53 253

Cəbrayıl RİH-nin başçısı növbəti səyyar qəbulunu keçirib

XƏBƏRLƏR
  • Bu gün Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun növbəti səyyar görüş-qəbulu Biləsuvar rayonu ərazisindəki 9 saylı Cəbrayıl qəsəbəsində keçirilib. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, işğaldan azad olunan ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır. Tezliklə Cəbrayıl rayon vətəndaşları da bütün keçmiş məcburi köçkünlər kimi öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Sonda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər