24.04.2025, 12:47
AZ EN
08.06.2023, 22:00 313

Çox gənc qazi

XƏBƏRLƏR

Ailədən və məktəbdən aldığı vətənpərvərlik, vətənə sevgi hissləri onu qəhrəmanlıq ruhunda böyütdü. O, 5 may 2001-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Şirvan şəhər 11 saylı tam orta məktəbdə təhsil alan qazimiz Nicat İlham oğlu Əsədovdur. Orta təhsilini başa vuran Nicat həqiqi hərbi xidmətini Quru Qoşunlarında keçirmişdir. Vətən müharibəsində N.Əsədov Tərtər, Suqovuşan istiqamətində qəhrəmanlıq göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər