Ədalət Verdiyev yazır:
Qondarma rejimin cinayətkar rəhbəri Arayik Arutunyan keçmiş həmkarları Bako Saakyan və Arkadi Qukasyanın da iştirakı ilə 5 saatlıq toplantıdan sonra fərarilərin qarşısına çıxaraq:
"Biz təkik. Bizim nə dostumuz var, nə də dəstəyimiz. Biz bütün məsələləri birlikdə həll edəcəyik... Məni təhqir edə, tənqid edə bilərsiniz, amma başa düşməyinizi istəyirəm. Biz hamıya - super güclərə, BMT-yə inandığımız üçün bu vəziyyətə gəldik.
Çörək çatışmazlığı yaxın vaxtlarda öz həllini tapacaq."
Deyəsən Arayik Bakıdan göndərilən humanitar yükün undan ibarət olacağını əvvəlcədən ehtimal edirmiş, çünki Azərbaycan çörək verən xalqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ