07.06.2025, 23:08
AZ EN
01.06.2023, 21:26 308

İgid döyüşçü

XƏBƏRLƏR

Bir atalar misalında deyilir ki, ət yeyən quş dimdiyindən bilinir. Haqlı deyimdir. İnsanın da mərd, mübariz, igid olacağı elə uşaq yaşlarından bəlli olur. Belə oğullardan biri də Elşən Sərvər oğlu Məmmədovdur. Elşən 5 may 1996-cı ildə Füzuli rayonunun Gövşadlı kəndində anadan olmuşdur. Rayonun ilə əlaqədar olaraq, 2002-ci ildə Füzuli rayonu, Qayıdış qəsəbə 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Orta məktəbi başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. 44 günlük Vətən müharibəsində nümunəvi bir əsgər kimi Xocavənd, Şuşa, Füzuli, Cəbrayılın azad olunması uğrunda cəsarətlə döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları verilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər