Bu barədə Rayon İcra hakimiyyətlərinin mətbuat xidmətindən məlumat verilib.
Ağdam Rayon İcra Hakimiyyətində RİH-in başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbul zamanı sakinlərin problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.
***
Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov Sumqayıt şəhərində məskunlaşan sakinlərlə növbəti səyyar qəbulunu keçirib. Sumqayıt şəhərində S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin akt zalında keçirilən qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak ediblər.
Ölkə başçısı Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri sonda vətəndaşların müraciətlərini dinləyib.
Sakinləri narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapıb, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti üzrə müraciət olunacağı bildirilib.
Hazırladı: Mina RƏŞİD