Bunu Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov TAİB-in Heydər Əliyevin 100 illiyi ilə bağlı İstanbulda təşkil etdiyi konfransın mövzusu barədə "Facebook səhifəsindəki paylaşımında qeyd edib.
R.Əhmədov vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin hərtərəfli sxemini müəyyən edib:
"Azərbaycanın iqtisadi, siyasi problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək, türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək, - türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin imkanlarından yararlanmaq və s.
TAİB rəhbəri bildirib ki, qeyd olunan istiqamətlər bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, Ulu Öndərin göstərdiyi yolda inamlı addımlar atılır:
"TAİB-in Ümummilli Lider Heydər Əliyevin 100 iliyi ilə bağlı bu gün İstanbulda təşkil etdiyi konfransdakı çıxışların da kontekstini qeyd etdiyim məqamlar təşkil edib", - deyə TAİB Təsisçisi vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ