Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və ölkəmizin təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə olunur.
Həmçinin Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-i saat 06:00-dək uzadılıb.