Bu sözləri Füzuliyə qayıdan Paşayeva Laura öz təəssüratlarını bölüşərək deyib.
42 yaşı olanda doğma yurdundan çıxdığını deyən L. Paşayeva bildirib ki, Füzuliyə qayıtmağın sevincini sözlə təsvir etmək olmur.
“30 ildən sonra qayıdırıq öz torpağımıza. Bu gün isə çoxdandır gözlədiyimiz xəyallarımız gerçəkləşir”.
Füzuli sakini onlara yaradılan şəraitlə görə dövlət başçısı İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda əziyyət çəkən igidlərimizə təşəkkür edib, şəhidlərə rəhmət diləyib. (Report)