Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.
""IVECO" markalı italyan avtomobillərinin servis mərkəzinin yaradılması üzrə layihə işləri tamamlanıb və ən qısa zamanda mərkəzin inşasına başlanılacaq", - o deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. (Trend)