21.11.2024, 23:28
AZ EN
04.07.2023, 17:50 214

KOBİA-nın İdarə Heyətinin sədri ilə Böyük Britaniyanın kiçik biznes üzrə müvəkkili arasında görüş keçirilib

XƏBƏRLƏR
  • London şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Böyük Britaniyanın Kiçik Biznes üzrə müvəkkili Liz Barkli arasında görüş keçirilib.

KOBİA-dan bildirilib ki, görüşdə KOB-ların qarşılaşdıqları çətinliklər və onların həlli yolları, KOB-lara dəstək sahəsində fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə KOBİA-nın fəaliyyəti, o cümlədən sahibkarların maraqlarının müdafiəsi sahəsində Agentliyin dəstəyi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib. (AZƏRTAC)

Oxşar xəbərlər