01.04.2023, 04:45
AZ EN
09.02.2023, 12:42 282

Zəngilan, Qubadlı və Cəbrayılda torpağın keyfiyyəti öyrənilib

XƏBƏRLƏR
  • Azərbaycanın Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında torpağın keyfiyyətinin öyrənilməsi üzrə işlər yekunlaşıb.

Bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ərazilərin minalanmış sahələri nəzərə alınmazsa, bu rayonlarda torpağın keyfiyyəti artıq müəyyən edilib.

"Məsələn, Zəngilan ərazisi 71 min hektar təşkil edir. Bunun 2,2 min hektarı yaşayış üçün, 43,5 min hektarı isə kənd təsərrüfatı fəaliyyəti üçün yararlıdır, 109 hektar strateji ərazidir və 15,3 hektar meşə fondunun payına düşür", - o əlavə edib. (Trend)

Oxşar xəbərlər