21.11.2024, 19:01
AZ EN
01.04.2022, 10:05 708

Ölkəmizə gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaq məqsədi ilə yeni layihəyə start verilib

XƏBƏRLƏR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası istiqamətində genişmiqyaslı işlər aparılır. Bu prosesin önəmli parçası olaraq, işğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işləri də davam etdirilir. Bu barədə  Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bu istiqamətdə Agentlik tərəfindən növbəti layihəyə start verilib. Belə ki, ölkəmizin bütün giriş qapılarından başlayan yollara paytaxtımız Bakı ilə yanaşı Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağımızın tacı olan Şuşa şəhərinədək olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işlərinə start verilib. Məqsəd ölkəmizə gələn hər bir şəxsə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.
Layihə çərçivəsində məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.
Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Mazımçay, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil yollarına quraşdırılması nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində işlər mərhələli şəkildə davam etdirilir və anoloji məlumatverici lövhələrin zəruri olan digər ərazilərdə də quraşdırılması planlaşdırılır.
Bununla yanaşı bütün magistral və respublika əhəmiyyətli, həmçinin yeni inşa edilən avtomobil yollarında işğaldan azad olan ərazilərimizdə yerləşən şəhər və rayon mərkəzlərinə qədər olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması, köhnə lövhələrin yenilənməsi işləri da paralel olaraq davam etdirilir. (Aayda.gov.az)

Oxşar xəbərlər