15.10.2025, 17:51
AZ EN
15.10.2025, 13:19 207

Aydın Kərimov: "Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli ola bilər"

XƏBƏRLƏR
  • Əhmədbəyli-Füzuli-Şuşa yolu yaxın zamanlarda tam istifadəyə veriləcək.

Bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, burada 7 tunel, 9 köprü inşa olunub: "Bu, hələlik Azərbaycanda analoqu olmayan bir yoldur və yaxınlarda tam olaraq istifadəyə veriləcək. Verilən bəzi məlumatlara görə, bu ödənişli yol olacaq, amma əminəm ki, buna dəyər. Bu yüksək səviyyəli bir infrastrukturdur".

O əlavə edib ki, Şuşanın i̇nkişafı sürətlə gedir: "Bu prosesin sürətli təmin olunmasında əsas rol, sözsüz ki, infrastruktur layihələrinin həyata keçirməsi olub".(Report)

Oxşar xəbərlər