Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan "Trans-Xəzər Şərq-Qərb dəhlizi" barədə dördtərəfli bəyannamə imzalayıb. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi bu barədə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sənəd Şərq-Qərb dəhlizinin vacibliyini vurğulayır və dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiya potensialını möhkəmləndirir. Bəyannamədə, həmçinin, Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində Bakı-Tbilisi-Qars dəmir yolunun vacib rolu qeyd olunur və həmin dəmir yolunun buraxılış gücünü artırılması üçün tikinti işlərinin başa çatmasının vacibliyi vurğulanır.estisiyaların vacibliyi qeyd olunur. ("Trend")