31.07.2025, 05:18
AZ EN
09.07.2025, 11:32 230

Azad edilmiş ərazilərdə KSES-lərin tikintisi 37 milyon manata başa gələcək

XƏBƏRLƏR
  • Azərbaycanın azad edilmiş ərazilərində yeni kiçik su elektrik stansiyalarının tikintisinə sərf ediləcək vəsaitin həcmi məlum olub.

Kəlbəcər Şəhər, Eyvazlı kiçik su elektrik stansiyalarının (KSES) tikintisi və yeni tikilən KSES-lərin enerjisistemə inteqrasiyası həyata keçiriləcək.

Belə ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə başlayıb.

ASC hazırda sözügedən işlərin icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda, ASC KSES-lərin tikintisinin 36 957 458 manata başa gələcəyini proqnozlaşdırıb. (Trend)

Oxşar xəbərlər