31.05.2025, 22:56
AZ EN
30.05.2025, 14:15 209

Elnur Soltanov: “Qarabağda “yaşıl enerji”yə keçidlə bağlı işlər dünya ölkələrinə nümunədir”

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”yə keçid istiqamətində aparılan işlər bir sıra dünya ölkələri üçün nümunə ola bilər.

Bunu energetika nazirinin müavini Elnur Soltanov “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında bildirib.

Nazir müavini qeyd edib ki, Qarabağda həyata keçirilən layihə və fəaliyyətlər təkcə regional deyil, ümummilli miqyasda da diqqət çəkir: “Dünyanın bir çox ölkəsində bu qədər strateji və mənəvi məsuliyyət daşıyan coğrafi bölgə tapmaq çətindir: “Dünyada belə bir öhdəlik daşıyan bölgəyə sahib olan az ölkə var. Azərbaycan bu coğrafiyada həm tarixi ədaləti bərpa edir, həm də gələcəyə yönəlik müasir yanaşmalar tətbiq edir. COVID-19 dövründə belə ölkəmiz turizm və digər sahələr üzrə yeni modellər nümayiş etdirdi və bu təcrübə indi Qarabağda tətbiq olunur.”

E. Soltanov əlavə edib ki, bu ərazilərə dəfələrlə səfər edən insanlar belə keçirdikləri hissləri sözlə ifadə etməkdə çətinlik çəkirlər: “Bu torpaqlarda yaşanan duyğuları ifadə etmək asan deyil. Lakin əminəm ki, biz bu hissləri gördüyümüz işlə, həyata keçirdiyimiz fəaliyyətlə, göstərdiyimiz keyfiyyətlə yaşada bilərik. Emosiyalar təbiidir, duyğularımız ola bilər, amma dövlət məmuru olaraq əsas vəzifəmiz bu hissləri əməli fəaliyyətə çevirməkdir”. (Report)

Oxşar xəbərlər