22.05.2025, 00:17
AZ EN
21.05.2025, 17:08 110

Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 86% artıb

XƏBƏRLƏR
  • 2025-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 543 yeni iş yeri yaradılıb.

Hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86% artıb. Belə ki, 2024-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, ötən il ərzində ən çox yeni iş yeri Xankəndi və Kəlbəcərdə yaradılıb. Belə ki, hesabat dövründə Xankəndidə 283, Kəlbəcərdə isə 70 yeni iş yerləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 56 yeni müəssisə və təşkilat, 739 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib.

Aşağıdakı cədvəldə 2025-cü ilin I rübündə azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib:

 

Oxşar xəbərlər