01.05.2024, 00:42
AZ EN
26.01.2024, 17:19 157

Qarabağ və Şərqi Zəngəzurda yol layihəsinin icrasının sürətləndirilməsi bölgədə turizmin inkişafına dəstək verəcək

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzur bölgəsində yol layihəsinin tez bir zamanda başa çatması əraziyə köçən əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Bu sözləri “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova söyləyib.

N.Qəribova diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun: Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri ətraf mühitin, flora və faunanın zərər görməməsi və bütün vacib məqamlar nəzərə alınaraq hazırlanıb.

“Sözügedən ərazilərin yüksək turizm potensialını nəzərə alsaq, əminliklə deyə bilərəm ki, yol layihəsinin icrasının sürətləndirilməsi bölgədə turizmin inkişafına da dəstək verəcək. Bu cür layihələrin hazırlanması prosesində ictimaiyyətin müzakirələrə cəlb edilməsi təqdirəlayiqdir”, - deyə N.Qəribova əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər