"Vətən səsi" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sərgi ilə bağlı məlumatında bildirilir. Qeyd olunur ki, sərgi salonunda Azərbaycana aid stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm potensialı ilə yanaşı "Konstitusiya və Suverenlik ili" çərçivəsində məlumatlandırma kampaniyası da əksini tapıb.
Sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi sərgidə iştirak etmək üçün stend quraşdırılmasını "BÜROMAX" MMC-yə həvalə edib. Bunun üçün agentlik şirkətə 18.566.002 manat ödəyib. Sərgi üzrə tələb olunan sahənin icarəsi üçün isə “Reed Exhibition Limited” şirkəti ilə razılaşıb. Bunun üçün şirkətlə 496.213,36 AZN-lik müqavilə bağlanıb.
Elxan SALAHOV