17.03.2025, 16:29
AZ EN
17.03.2025, 10:14 210

Azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri üçün xəritələr tərtib olunacaq

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad olunan ərazilərində mövcud olan xüsusi mühafizə olunan təbiət əraziləri üçün xəritələr tərtib olunacaq.

Həmçinin, sözügedən ərazilərdə sanitariya-mühafizə zonası xəritələr də hazırlanacaq.

Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum qeyd olunan işlərin icrasını “Geodeziya və Kartoqrafiya Agentliyi” Publik Hüquqi Şəxsə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, agentliyə 38,6 min manat ödənilib. (Trend)

Oxşar xəbərlər