Məlumata görə, hesabat dövründə Qarabağda 1095, Şərqi Zəngəzurda isə 287 yeni iş yerləri yaradılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (493), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Cəbrayılın (82) payına düşüb.
Ümumilikdə, 2024-cü ilin IV rübü ərzində Azərbaycanda 22 131 yeni iş yeri yaradılıb.
Qeyd edək ki, 2024-cü il üzrə Qarabağ iqtisadi rayonunda orta aylıq nominal əməkhaqqı 644,8 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 711,9 manat təşkil edib. (Trend)