09.05.2025, 19:44
AZ EN
25.11.2024, 13:25 314

Qarabağ və Şərqi Zəngəzurda 4300-dən çox iş yeri açılacaq

XƏBƏRLƏR
  • İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından və bu sahədə görüləcək işlərdən danışıb.

"Vətən səsi"nin məlumatına görə, nazir deyib ki, gələn ilin investiya yönümlü büdcə xərclərində işğaldan azad olunmuş ərazilərin iqtisadi fəallğın artırılması, yeni istehsal və xidmət sahələrinin yaradılması da nəzərdə tutulur. Onun sözlərinə görə, qarşıdakı illərdə həmin ərazilərdə yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetiriləcək: “İşğaldan azad olunmuş ərazilərə 232 milyon ABŞ dolları məbləğində investisiyanın qoyulması və orada 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR