Tədbir Çinin Milli Enerji Administrasiyasının təşkilatçılığı ilə “Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunur. Azərbaycanın energetika naziri Pərviz Şahbazov konfransda iştirak edir.
Nazirlər Konfransında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması üzrə müzakirələrin aparılacaq. (AZƏRTAC)