Bu barədə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, tezliklə Xankəndidə və Şuşada yaşayan vətəndaşlarımıza universal poçt xidmətləri, eləcə də digər xidmətlərimiz təqdim olunacaq.
"Yenilənmə mərhələsinin nə zaman bitəcəyi ilə bağlı suala birmənalı cavab vermək düzgün olmaz, çünki bu, davamlı prosesdir. Biz dünyada gedən inkişafı, texnoloji dəyişiklikləri, süni intellektin imkanlarını müşahidə edəndə görürük ki, yenilənmələr artıq konkret müddətə hədəflənmiş deyil, davamlı şəkildə olur", - deyə əlavə edilib.
Tahirə AĞAMİRZƏ