19.10.2024, 11:38
AZ EN
04.09.2024, 13:28 237

"İstisu” yarımstansiyası" mühüm dövlət obyektlərini elektrik enerjisi ilə təmin edəcək

XƏBƏRLƏR
  • "İstisu yarımstansiyası" əhəmiyyətli dövlət obyektlərini və “İstisu” sanatoriyasını elektrik enerjisi ilə təmin edəcək.

Bunu rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Qarabağ Regionunun İstismar üzrə rəis müavini Rəşad İbrahimov deyib.

Onun sözlərinə görə, “İstisu” yarımstansiyası bir sıra mühüm obyektləri elektrik enerjisi ilə təmin edəcək:

"Kəlbəcər rayonunda olan 110/35 kilovoltluq “İstisu” yarımstansiyası dövlət əhəmiyyətli obyektlərin və yaxınlıqdakı yenidən qurulan İstisu sanatoriyasını elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq.

Həmçinin bu yarımstansiya Laçın rayonunda yerləşən 110 kilovoltluq yarımstansiya ilə dövrəli xətlərin birləşməsində üstünlük təşkil edəcək”.

Qeyd edək ki, “İstisu” yarımstansiyası bölgənin ən yüksək ərazisində yerləşir və yarımstansiyaya ümumilikdə 22 kilometr uzunluğunda 2 dövrəli 110 kilovoltluq xətt çəkilib. (Report)

Oxşar xəbərlər