21.11.2024, 12:31
AZ EN
13.12.2023, 11:47 281

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə xarici investorlar da cəlb olunur

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanda iqtisadiyyat dəyişib. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri üçün büdcədən maliyyə ayrılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, yenidənqurma işlərinə xarici investorlar da cəlb olunur.

“Laçın, Şuşa, ilk növbədə, dirçəldilən şəhərlərdir. İşğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər və kəndlər yaradılır. Məqsəd səmərəli layihələrlə iqtisadiyyatın dirçəldilməsidir. Qarabağda hər şeyə sıfırdan başlayırıq. Orada Xankəndi və bir sıra ərazilər istisna olmaqla ələ gələcək heç nə yoxdur”, - deyə nazir müavini qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər