Bu barədə jurnalistlərə Kəlbəcər rayonuna təşkil olunmuş mediatur çərçivəsində Zar çayının üzərində tikilən “Azərenerji” ASC-nin 4,3 MVt gücündə olan “Zar” KSES-lə tanışlıq zamanı bildirilib.
Media nümayəndələri KSES-də yaradılmış şəraitlə tanış ediliblər və stansiya haqqında ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib. (Report)