18.10.2024, 23:32
AZ EN
21.09.2023, 14:16 306

Gələn il Böyük Qayıdışa dair I Dövlət Proqramının hansı hədəf göstəricilərinə uyğun olaraq həyata keçiriləcəyi açıqlanıb

XƏBƏRLƏR
  • Gələn il Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası davam etdiriləcək.

Bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, Vətən müharibəsində əldə olunmuş şanlı qələbə hesabına düşmən işğalından azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, əhalinin doğma torpaqlarına geri qayıdışı, məskunlaşdırılması və iqtisadi aktivliyi məsələlərini əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilib. Proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir. Proqram üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur. (APA)

Oxşar xəbərlər