22.11.2024, 07:56
AZ EN
25.08.2024, 12:59 172

“Xankəndi” böyük sularda

XƏBƏRLƏR
  • Bundan əvvəl istismara verilən “Aframax”  tipli tankerlərimiz kimi “Xankəndi” gəmisinin də inşaası zamanı bütün  müasir tələblər nəzərə alınıb. Gəmidə tətbiq olunan yeni texnologiyalar və innovasiyalar  emisiyaların azaldılmasına  imkan verir. Tanker  Türkiyənin “Əliağa” Limanından bir çox nümayəndələrin və  gəmi heyətinin iştirakı ilə  istismara qəbul olunub.

Məhdudiyyətsiz üzmə imkanlarına malik olan və Xəzərdən  kənar sularda fəaliyyət göstərəcək “Xankəndi” tankerinin istismara verilməsi ölkə iqtisadiyyatı və milli gəmiçilik üçün mühüm strateji əhəmiyyət kəsb edir.  Bu tip gəmilərdə heyətin  Azərbaycan dənizçilərindən foralaşması  da prioritet məsələlərdəndir.

ASCO sədrinin müavini,  Tariyel Mirzəyev:

- ASCO Şipmenecmen kompleks gəmidə xidmətləri təqdim edir. Hansına ki, texniki əməliyyat idarəetməsi və  heyətin idarəolunması daxildir. Əlbəttə ki, bundan öncə Azərbaycan gəmiçilik tarixində “Aframax” tipli olmadığından  sırf yerli kadrlar hesabına gəmini tam komplektləşdirmək mümkün olmur.

Burda dənizçilərin həm rahat çalışmaları, həm də yaşamaları üçün lazım olan hər bir şərait yaradılıb.

Kapitanın üçüncü köməkçisi, Cahangir Yaqubov:

- ASCO-da gənclərə həqiqətən çox böyük dəstək olunur. Mən hələ “Qarabağ” gəmisində işləyəndə, mənim yanımda 2,3 azərbaycanlı tərcüməçi eyni zamanda olub. Yəni naviqasiya mühəndisliyini bitirən tərcüməçilər yanımda olub. Bu gəmilərin bu adları  həm siyasi baxımdan, həm də  mənəvi baxımdan bizim üçün çox mühümdür.

Kapitan, Oqor Mamontov:

- Gəmi ən son texnologiyalarla  təchiz olunub. Tankerin mükəmməl naviqasiya avadanlığı, maşın şöbəsi və yük göyərtəsi var. Heyətimiz isə çoxmillətlidir. Onların hər biri öz işinin peşəkarıdır. Fəxr edirəm ki, belə bir  təcürbəli heyətlə çalışıram. Müasir gəmilərin idarə edilməsini qısa müddətdə öyrənmək  çətindir. Xüsusilə də  gənc dənizçilər üçün. Bax, ona görə də, biz onlarla  təcrübəmizi bölüşürük.

Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan tankerin uzunluğu 249,95 metrdir. Ümumi yükgötürmə qabiliyyəti isə 115 min 521 ton təşkil edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR