21.11.2024, 19:31
AZ EN
23.08.2024, 15:07 276

Cəbrayılda 45 milyonluq tikintiyə başlanır

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş Cəbrayıl rayonunda bərpa və yenidənqurma tədbirləri çətçivəsində 45 milyon manatlıq tikinti layihəsi başlanır.

"Vətən səsi" xəbər verir ki, bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib. Elanda Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması  nəzərdə tutulub. Layihə çərçivəsində kəndin su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi də yenidən qurulacaq.

Tender üzrə təkliflər sentyabrdan 23-dən oktyabrın 1-dək in qəbul olunacaq. Müsabiqədə iştirak haqqı 6 min 780 manat təşkil edir. Tikinti layihəsinin ehtimal olunan qiyməti 45 milyon 197 min 733 manatdır.

Xatırladaq ki, Horovlu kəndinin təməli ötən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.

Mövcud məskunlaşma ərazisi 93,74 hektar olsa da, perspektivlər də nəzərə alınaraq kənd ərazisi 246,1 hektar əraziyədək genişləndiriləcək. Layihəyə əsasən, iki, üç, dörd və beş otaqlı mənzillərdən ibarət evlər amfiteatr üslubunda inşa ediləcək. Kənddə 624 yerlik məktəb binasının, 220 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin və çoxfunksiyalı binanın, bazar kompleksinin, tibb məntəqəsinin, mərasim zalı və qonaq evinin də tikintisi planlaşdırılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər