19.06.2025, 10:39
AZ EN
21.08.2024, 11:14 326

Azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb

XƏBƏRLƏR
  • 2024-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 299, Şuşada isə 232 yeni iş yeriləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.

Aşağıdakı cədvəldə 2024-cü ilin I yarımilində yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib. (APA)

Azad edilmiş rayonlar

Yeni yaradılmış iş yerləri, təşkilat və fərdi sahibkarların sayı

İş yerlərinin sayı

təşkilatların sayı

Fərdi sahibkarın sayı

Ağdam

103

24

524

Füzuli

37

19

371

Xocavənd

14

2

29

Şuşa

232

13

61

Cəbrayıl

38

27

132

Kəlbəcər

42

7

229

Qubadlı

24

7

80

Laçın

299

19

195

Zəngilan

29

11

60

Xocalı

3

11

42

Xankəndi

15

18

3

Ağdarə

4

1

0

Oxşar xəbərlər