08.09.2024, 06:18
AZ EN
24.07.2024, 15:32 261

Bu gün Azərbaycan enerji istiqamətində mühüm addımlar atır

XƏBƏRLƏR
  • "İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında cənab Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masada Azərbaycanın Avropanın enerji təminatı və təhlükəsizliyində oynadığı mühüm roldan geniş bəhs edib.

Bunu VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov mətbuata açıqlamasında deyib. O, qeyd edib ki, bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib: "Azərbaycan 8 ölkəyə öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. 8 ölkədən 6-sı Avropa ölkəsidir.

Bu gün Azərbaycan eyni zamanda, alternativ enerji istiqamətində çox mühüm addımlar atır. Sloveniya bazarına daxil olduqdan sonra, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi mümkün olacaq və bunun əldə olunması üçün daha çox imkanlar olacaq".

Millət vəkili daha sonra əlavə edib ki, Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş kimi və Avropa qaz təchizatçısı kimi adlandırması böyük məsuliyyətdir. Azərbaycan bu məsuliyyəti doğrultmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə əlindən gələni etməyə çalışır.

Azərbaycanın strateji tərəfdaşlığı, qaz ixracının artması və yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri ölkəmizin dünya enerji sektorunda daha da möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradır.

Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji siyasətinin davamlı və sabit inkişafını təmin edir. Bunun üçün Azərbaycan yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməyi, həmçinin mövcud bazarlara qaz təchizatının artırılmasını qarşısına məqsəd qoyub..

Bütün bu addımlar və səylər nəticəsində Azərbaycan inkişaf edir, öz imkanlarına görə çox böyük uğurlu layihələr həyata keçirir, Azərbaycanın həyata keçirdiyi siyasət də dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə mərhələli şəkildə bütün məqsədlərinə nail olur və gələcəkdə də nail olacaq",- deyə o vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər