Bunu Bolqarıstanın energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında deyib.
Onun sözlərinə görə, əməkdaşlıq üçün əhəmiyyətli potensiala malik digər sahə bərpa olunan enerji mənbələrinin inkişafıdır.
O, həmçinin xatırladıb ki, ötən həftə Bolqarıstan Nazirlər Şurası ölkənin “Yaşıl Enerji” layihəsi (Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizi) üzrə birgə müəssisədə iştirakını təsdiqləyib: “Layihədə Bolqarıstanın Enerji Holdinqi və onun törəmə şirkətləri iştirak edəcək”.
V. Malinov əlavə edib ki, Bolqarıstan qabaqcıl elektrik ötürücü sistemi, qonşu ölkələrlə yüksək səviyyədə qarşılıqlı əlaqə, inkişaf etmiş elektrik enerjisi bazarı və bərpa olunan enerjiyə investisiya imkanları və təkcə Bolqarıstanda deyil, bütün regionda “yaşıl enerji”yə artan tələbat sayəsində layihədə mühüm rol oynayacaq.
Nazir vurğulayıb ki, Bolqarıstan və Azərbaycanı maraqlandıran bir sıra sahələr var: “Əminəm ki, hökumətlərarası komissiyanın altıncı iclası gələcək dialoq üçün əlavə stimul verəcək”. (Report)