21.11.2024, 22:43
AZ EN
28.06.2024, 09:47 253

Mikayıl Cabbarov: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb”

XƏBƏRLƏR
  • Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”.

Nazir bildirib ki, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir. (Report)

Oxşar xəbərlər