18.06.2025, 23:59
AZ EN
24.06.2024, 14:28 342

Qarabağda biznes quran 48 şirkətə 1,5 milyard manat kredit verilib

XƏBƏRLƏR
  • 2024-cü ilin əvvəlindən başlayaraq Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir.

"Vətən səsi" xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılışında çıxışı zamanı deyib. O bildirib ki, güzəştli kreditin maksimum məbləği 5 milyon manatdır və 7 il müddətinə 15 faizlə verilir: "Həmin vəsaitin 10 faizini dövlət subsidiya şəklində ödəyir. İndiyədək Fonda daxil olan 48 şirkətin müraciətinə baxılıb və onlara 1,5 milyard manat kredit ayrılıb".

Osman Xaliyev onu da əlavə edib ki, rəhbəri olduğu qurum işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti qurmaq istəyən şirkətlər arasında istehsal sahələrinin artmasına töhvə verə biləcək sahibkarlara daha çox dəstək verir. Həmçinin öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı olan şirkətlərin yeni istehsal sahələrinin yaradılması ilə bağlı layihələrinə xüsusi diqqətlə yanaşılır.

Elxan SALAHOV

Oxşar xəbərlər