18.06.2025, 20:06
AZ EN
03.05.2024, 12:42 385

Fond: Qarabağda tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlara subsidiyaların həcmi 10%-ə qaldırılıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri dövriyyə vəsaitlər üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.

Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
Digər güzəşt isə subsidiyalar ilə bağlıdır: “İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8% bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Dəyişikliklərdən sonra bu kateqoriyaya aid olan sahibkarlarlıq subyektlərinə 10% bəndi həcmində subsidiya vermək imkanı olacaq”. (APA)

Oxşar xəbərlər