15.05.2024, 11:22
AZ EN
29.04.2024, 12:24 218

Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir

XƏBƏRLƏR
  • Azərbaycanda aviasiyanın təhlükəsizliyi yeni texnologiyaların tətbiqi ilə yüksək səviyyədə təmin edilir.

Bu sözləri TRASECA proqramının Hökumətlərarası Komissiyasının Daimi Katibliyində Azərbaycanın təmsilçisi Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən mövcud hava limanları ilə yanaşı işğaldan azad edilən Qarabağ bölgəsində də 3 hava limanı inşa edilib.

“Onlardan 2-si artıq fəaliyyət göstərir, 1-nin tikintisi isə davam edir. Bu hava limanları Azərbaycanın aviasiya vasitəsilə yük və sərnişindaşıma, eləcə də, tranzit potensialını artırıb ki, bu səbəbdən onların təhlükəsizliyinin təmin olunması aktual xarakter daşıyır. Bununla əlaqədar olaraq yeni radar müşahidə sistemləri və yeni texnologiyaların imkan verdiyi digər vasitələrlə təhlükəsizlik tədbirləri həyata keçirilir”, - deyə R.Bayramov əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər