Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, xarici müraciətlər arasında 10-dan çoxu Çin bizneslərinə məxsusdur.
"Azad edilmiş ərazilərdə biznes fəaliyyətində əsas prioritet sahələrə tikinti, turizm, mədənçıxarma, neft-kimya sənayesi, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika, ticarət, telekommunikasiya, kənd təsərrüfatı və istehsal, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konseptləri daxildir", - KOBİ sədri bildirib.
O. Məmmədov əlavə edib ki, təcrübə və informasiya mübadiləsi, birgə layihələrin icrası və yeni təşəbbüslərin reallaşdırılması məqsədilə beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə xüsusi önəm verilir: “Beynəlxalq tərəfdaşlarla mütəmadi görüşlər, birgə tədbirlərin təşkili və proqramların hazırlanması vasitəsilə yerli və xarici kiçik və orta biznes subyektləri arasında əməkdaşlıq imkanları genişləndirilir”. (Report)