20.10.2024, 00:02
AZ EN
24.10.2023, 16:50 261

Ağdam Sənaye Parkında 5-dək müəssisə fəaliyyətə başlayacaq

XƏBƏRLƏR
  • Gələn il Ağdam Sənaye Parkında 4-5 müəssisə fəaliyyətə başlayacaq.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.

"Bu il tikinti işlərinin başa çatacağı, gələn il isə Ağdam Sənaye Parkında 5-dək müəssisənin fəaliyyətə başlayacağı gözlənilir", - o deyib.

Onun sözlərinə görə, bu müəssisələr əsasən tikinti materialları, divar kağızları və ayaqqabı istehsalı ilə məşğul olacaq.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

Ümumilikdə, Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya qoyulacaq. Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. (Trend)

Oxşar xəbərlər