21.11.2024, 23:07
AZ EN
25.05.2022, 13:24 421

Mahir Abbaszadə: "Ötən il büdcə vəsaitləri düzgün istiqamətlərdə xərclənib"

XƏBƏRLƏR
  • “Ötən il qarşımızda duran vəzifələrə hesab edirəm ki, nail olmuşuq. Bu gün işğaldan azad edilmiş ərazilərdə çox böyük bərpa-quruculuq işləri həyata keçirilir. Bu da ötən ilin dövlət büdcəsi vəsaitlərinin düzgün istiqamətlərdə xərclənməsinin əyani göstəricisidir”.

Bunu deputat Mahir Abbaszadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

"Hesablama Platasının rəyində qeyd edilib ki, əsas iqtisadi artımlar dövrlərə bölünür. Burada iqtisadiyyat nazirinin müavini iştirak edir. Sual edirəm ki, əlavə dəyərin daha çox ilin II yarısında yaradılması və iqtisadi artımların həmin dövrdə sürətlənməsi fonunda dövlət büdcəsinin vergi orqanları xətti ilə əldə edilən daxilolmalarında yarımilliklər arasında əhəmiyyətli fərq müşahidə edilməyib, bütün rüblər üzrə məbləğlər demək olar ki, eyni olub. Siz bunu səbəbini nə ilə izah edə bilərsiz?”, - deyə o, qeyd edib. (Report)

Oxşar xəbərlər