21.11.2024, 23:12
AZ EN
24.05.2022, 18:00 377

“Azərsky” peyki vasitəsilə Qarabağda ilkin olaraq 22 ədəd balıqçılıq təsərrüfatına yararlı sahələr müəyyənləşdirilib

XƏBƏRLƏR
  • Qarabağ zonası işğaldan əvvəl dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələrinin inkişafı ilə seçilirdi və hazırda da bu sahələrin bərpası üçün böyük potensiala sahibdir. Bu potensialın üzə çıxarılması və doğru planlanmasına dəstək olmaq istiqamətində peyk monitorinqi ilə ərazilərdə çoxillik əkmələrlə bağlı (növlər üzrə) mövcud vəziyyətin təhlil edilməsi, bərpası və becərilməsi üçün ehtiyacların müəyyən olunması çərçivəsində layihələr müəyyən olunub.

 Azərkosmosun yaydığı hesabatada bildirilir ki, əkin sahələrinin qiymətləndirilməsi və müqayisəli təhlili həyata keçirilib, əkinəyararlı potensial torpaqlar təyin edilib. Xüsusən Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Zəngilan rayonu ərazilərində üzümçülük üçün potensial əkin sahələri xəritələşdirilib.

İri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun yerlərin seçilməsi və rotasiya marşrutlarının təyin edilməsi işləri də yekunlaşdırılıb. Habelə əkinçiliyin və balıqçılığın inkişafında çay yataqlarının istifadəsində də yararlı və potensial ərazilərin müəyyənləşdirilməsi üzrə layihələr işlənib və regionda balıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində ilkin olaraq 22 ədəd balıqçılıq təsərrüfatına yararlı sahələr müəyyənləşdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər