Bunu jurnalistlərə açıqlamasında SABAH.HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlı Bakıda keçirilən "Baku ID" innovasiya festivalında deyib.
“Startap ekosistemini qurmaq üçün çoxşahəli fəaliyyətə ehtiyac var. Bura həm insan kapitalının inkişafı, həm infrastrukturun yaradılması, vençur kapitalına çıxış mexanizmləri daxildir. Bunları etmək heç də asan deyil. 4SİM bu yolda bizə dəstək göstərir. Bu gün imzalanacaq ikitərəfli memorandum rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsini nəzərdə tutur", - deyə Rəhim Bayramlı əlavə edib.
Qeyd edək ki, AZƏRTAC "Baku ID" innovasiya festivalının media tərəfdaşıdır. (AZƏRTAC)