Bu barədə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı zamanı BMT-nin İnkişaf Proqramı üzrə milli layihə koordinatoru Nazim Məmmədov bildirib.
Onun sözlərinə görə, üç bölgə seçilib - Füzuli, Cəbrayıl və Ağdam.
Nazim Məmmədov qeyd edib ki, sənəd 4 hissədən ibarətdir, onlardan biri də energetika, alternativ enerji və enerji səmərəliliyi məsələlərini əhatə edir.
"Bu kifayət qədər böyük layihə olacaq. Onu da biz noyabr ayına qədər hökümətə təqdim edəcəyik", - Nazim Məmmədov qeyd edib. (APA)