26.04.2024, 01:52
AZ EN
01.06.2023, 16:47 217

Böyük Britaniya şirkətləri Qarabağda "yaşıl enerji" layihələrinə maraq göstərirlər

XƏBƏRLƏR
  • Böyük Britaniya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji" layihələrinin həyata keçirilməsinə maraq göstərir.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazii Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonla görüşüb. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndiyini, tərəflərin imzaladığı müxtəlif sənədlərin britaniyalı investorların Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrində fəal iştirakına əlverişli şərait yaratdığını, Britaniya Azərbaycana yatırılan investisiyanın məbləğinə görə lider olduğunu qeyd edib.

Nazir bildirib ki, biznes nümayəndələri, o cümlədən Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verilir. Palata hər iki ölkə arasında münasibətlərin inkişafına və biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli əməkdaşlığa töhfə verir.

B.E.Nikolson isə ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafında maraqlı olduğunu, yeni əməkdaşlıq sahələrini deyib.

Tərəflər energetika sahəsində reallaşdırılan layihələr, İqtisadiyyat Nazirliyi ilə Britaniyanın Azərbaycanda Ticarət Palatası arasında işçi qrupunun yaradılması, Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. (Report)

Oxşar xəbərlər