18.10.2024, 10:24
AZ EN
06.05.2022, 14:07 581

Bərdə-Ağdam dəmir yolunda tikinti işlərinin yarıya qədəri yerinə yetirilib

XƏBƏRLƏR
  • Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.​Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova Ağdama təşkil edilmiş media-turda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir.

Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib. Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.

"I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20.78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100 faiz həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79 faiz təşkil edir.​

II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26.32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18 faiz, suni qurğular 12 faiz, dəmir yolunun üst quruluşu elementləri isə 9 faiz həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8 faizdir.

Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb", - deyə o əlavə edib.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib. (Trend)

Oxşar xəbərlər