21.11.2024, 23:55
AZ EN
25.04.2023, 14:31 341

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes layihələrini icra etmək üçün 70 qadın sahibkar müraciət edib

XƏBƏRLƏR
  • Hazırda təxminən 700 minə yaxın kənd təsərrüfatı subyektindən 200 minə yaxınını qadın fermerlər təşkil edir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, son illər Bakıda və müxtəlif regionlarda KOBİA tərəfindən həyata keçirilən tədbirlərdən və dəstək layihələrindən istifadə etmiş, həmçinin ixtisasartırma proqramı iştirakçılarının 30 faizdən çoxu qadınlardır. Komitə sədri əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes layihələrini icra etmək üçün 70 qadın sahibkar müraciət edib.

Bu sahənin inkişafı, həmçinin Dövlət Komitəsi tərəfindən 17 rayonda yaradılıb, Qadın Resurs mərkəzləri vasitəsilə də diqqətdə saxlanılır.

Ümumilikdə Resurs mərkəzləri tərəfindən bu günə qədər 13 min 234 nəfər qadın müxtəlif mövzuda təlim və tədbirlərə cəlb olunub, 622 nəfər isə biznes fəaliyyətinə başlayıb. (AZƏRTAC)

Oxşar xəbərlər