21.11.2024, 22:28
AZ EN
11.11.2022, 14:35 442

Gələn ildən yaşayış minimumu və ehtiyac meyarı 246 manat olacaq

XƏBƏRLƏR
  • “Gələn ildən yaşayış minimumu və ehtiyac meyarı 246 manat məbləğində müəyyən ediləcək. Bu rəqəm cari ildə 200 manatdır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin 30 % artımına şərait yaradacaq və 500 manatın üzərində olacaq:

“Bu da inflyasiyasının qarşısını almağa kömək edəcək”. (APA)

Oxşar xəbərlər