19.10.2024, 14:20
AZ EN
15.04.2023, 19:45 205

Politoloq: Fransanın ölkəmizlə bağlı bəyanatı terrorçu Ermənistana dəstəyin açıq nümayişidir

XƏBƏRLƏR
  • Ermənistanın Azərbaycana olan son təcavüzkar və təxribatçı hərəkətlərinin qarşısının qətiyyətli formada alınması dünyanın bir çox ermənipərəst dövlətlərini narahat etməyə başladı. Erməni lobbisinin təsiri ilə öz müstəqil qərarvermə imkanlarını itirən Avropanın bir çox siyasi liderlərinin daha çox şəxsi maraqlardan çıxış etmələri heç də təəccüblü görünmür. Bu addımları ilə daha çox siyasi hakimiyyətlərini qorumağa və xristian təəssübkeşliyi göstərməyə cəhd etməklə onlar, əslində, dövlətlərinin, xalqlarının milli maraqlarına, beynəlxalq hüquq normalarına qarşı çıxmış olurlar. Xüsusilə də özünü “demokratiyanın beşiyi”, “sülhün, təhlükəsizliyin qoruyucu”su kimi təqdim edən Fransanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bəyanatı, Azərbaycanı ittiham etməsi onun təcavüzkar, terrorçu Ermənistana açıq dəstəyinin nümayişidir.

Bu fikirləri açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov söyləyib.

Politoloq qeyd edib ki, bu, həm də Fransanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, həmin qurumun prinsiplərini heçə aldığını göstərir.

"Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına birbaşa cavabdeh olan Fransanın terrorçu dövlət olan Ermənistanı dəstəkləyən bəyanatlar səsləndirməsi bu dövlətin beynəlxalq imicinə ciddi zərbə vurur. Fransanın beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipinin birtərəfli qaydada pozulmasına yönəlik bu cür addımları, əslində, onların əsl niyyətini büruzə verir. Təəssüf ki, beynəlxalq güclərin beynəlxalq hüquqa ikili yanaşma sərgiləmələri Ermənistan kimi işğalçı və terrorçu dövlətin təcavüzkar və separatçı fəaliyyətinin davam etməsinə fürsət yaradır.

Hesab edirəm ki, Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində davranması, suverenliyini tam bərpası istiqamətində antiterror fəaliyyətini həyata keçirməsi qanuni haqqıdır", - deyə R. Hüseynov vurğulayıb.("AZERTAC")

Oxşar xəbərlər