27.07.2024, 14:05
AZ EN
28.04.2022, 18:21 500

Şuşada keçirilən beynəlxalq forumun iştirakçıları Cıdır düzündə olub

XƏBƏRLƏR
  • Şuşada keçirilən "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" beynəlxalq forumunun iştirakçıları üçün şəhər üzrə ekskursiya təşkil edilib.

Qonaqlar Cıdır düzündə və Şuşa qalasında olub.

Onlara Şuşanın tarix, mədəniyyəti, dahi şəxsiyyətləri, eləcə də ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universiteti tərəfindən təşkil olunmuş forumda 20-dən çox ölkədən beynəlxalq beyin mərkəzlərinin nümayəndəsi, KİV nümayəndələri, ekspertlər, tədqiqatçı alimlər iştirak edir.

Forum çərçivəsində "Şuşa - dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri keçirilib. (Trend)

Oxşar xəbərlər